ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Türkiyə prezidenti Ərdoğan və Suriya ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Donald Tramp açıqlamasında Suriyada Əsədin devrilməsi prosesində Türkiyənin roluna toxunub.
Tramp, "Suriyada çox qeyri-müəyyənlik var. Bölgədə baş verəcəklərin açarı Türkiyənin əlində olacaq. Türkiyə Suriyanı dost olmayan bir şəkildə ələ keçirdi və heç bir itki vermədi" -deyə qeyd edib.
Ərdoğanın çox ağıllı olduğunu deyən Tramp Əsəddən də danışıb.
“Türkiyə çox ağıllıdır. O, çox ağıllı və çox güclü insandır. Deyə bilərəm ki, Əsəd uşaqlara etdikləri ilə qəssabdır. Ərdoğan mənim yaxşı anlaşdığım adamdır. "O, çox güclü ordu qurdu."