Asiman bəyin evi təsadüfən sökülüb?

Asiman bəyin evi təsadüfən sökülüb?
20:47

Şəmkir rayon sakini Asiman bəy Zaur Baxşəliyevin aparıcılıq etdiyi verilişə müraciət edərək ona məxsus evin təsadüfən söküldüyünü, lakin bərpa edilmədiyini iddia edib. Onun sözlərinə görə, sənədlə ona məxsus olan torpaq sahəsində yerləşən yarımçıq tikili sökülüb və bu vəziyyət ciddi problemə yol açıb.

Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti sədrinin müavini İlham Həsənov canlı efirə zəng edərək iddialara münasibət bildirib. O, Asiman bəyin səsləndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyini bildirib:

"Asimanın efirdə dedikləri şər-böhtan xarakterlidir. Həmin ev Asimanın özü tərəfindən sökülüb və ordakı kubiklər qonşulara ödənişli şəkildə satılıb. Hazırda məsələ ilə bağlı məhkəmə prosesi davam edir və iş Gədəbəy Rayon Məhkəməsində araşdırılır."

Məsələ ilə bağlı məhkəmə qərarının nə olacağı diqqətlə izlənir.



Youtube kanalımız