"Ölkədə qalmağım mənasız idi" -Əsəd

"Ölkədə qalmağım mənasız idi" -Əsəd
17:23

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd hakimiyyətin “terrorçular” tərəfindən ələ keçirilməsindən sonra ölkədə prezidentin qalmasının qeyri-mümkün və mənasız olduğunu deyib.

  Bu barədə o, sosial şəbəkələrdəki səhifəsində yazıb.

 O qeyd edib ki, onun Rusiyaya təxliyəsindən əvvəl ordunun dağılması və dövlət qurumlarının iflic olması prosesi baş verib.

Xatırladaq ki, dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib.  “Reuters” dərhal Suriya ordusu komandanlığının prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” açıqladı.

Tural


Youtube kanalımız