Adil Əliyev barəsində narazılıq - Vətəndaş Prezidentə müraciət etdi

Adil Əliyev barəsində narazılıq - Vətəndaş Prezidentə müraciət etdi
01:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan bir vətəndaş müraciətində, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev barəsində ciddi ittihamlar səsləndirilib. Müraciəti təqdim edən şəxs, icra başçısının qanun çərçivəsində haqlarını pozduğunu və məhkəmə vasitəsilə təzyiq göstərdiyini iddia edir.


Müraciətə görə, vətəndaş əvvəllər Adil Əliyevin qanuni torpaqlarında hasar çəkmək üçün icazə vermədiyini və bunun əvəzində 12 min manat tələb etdiyini bildirib. Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı səslər və sübutlar təqdim etməsinə baxmayaraq, məhkəmə bu dəlilləri rədd edib. O, həmçinin məhkəmə tarixlərinin Adil Əliyevin təsiri ilə dəyişdirildiyini, bəzi qərarların sifarişli olduğunu iddia edir.


Vətəndaş əlavə edib ki, təqdim etdiyi sübutların rədd edilməsinə baxmayaraq, Adil Əliyevin şərəf və ləyaqətinin guya alçaldılması ilə bağlı iddiası əsasında məhkəmə davam etdirilir. Şikayətçi məsələni ictimailəşdirərək, Prezidentdən və aidiyyəti qurumlardan ədalətli araşdırma tələb edib.


Müraciət edən şəxs bildirib ki, bu məsələnin arxasında ədalətsizlik və qanunsuzluq dayanır. O, bütün sübutlarını Prezident Administrasiyasına və aidiyyəti qurumlara təqdim edəcəyini vurğulayıb.


Bu müraciət cəmiyyətdə geniş müzakirəyə səbəb olub və məsələ ilə bağlı dövlət qurumlarından açıqlama gözlənilir.



Youtube kanalımız