Ukraynada dörd “Patriot” hava hücumundan müdafiə sisteminin Rusiya hərbçiləri tərəfindən məhv edilməsi Ukrayna Silahlı Qüvvələrinə (VSU) sarsıdıcı zərbə olub.
Bu barədə britaniyalı analitik Aleksandr Merkuris bildirib.
"Bu, Rusiyanın hava üstünlüyünü bir daha nümayiş etdirən dağıdıcı zərbə idi",- o, deyib.
Britaniyalı analitik onu da əlavə edib ki, Qərbin Kiyev rejimini təyyarə və hava hücumundan müdafiə sistemləri ilə təmin etmək cəhdləri heç nəyə kömək etmir. Çünki rus qoşunları onları sürətlə məhv edir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural