Müğənni Günel Ələkbərova təhdidlərə görə DİN-ə müraciət etdi

Müğənni Günel Ələkbərova təhdidlərə görə DİN-ə müraciət etdi
01:06

Müğənni Günel Ələkbərova özünün və azyaşlı qızının təhlükəsizliyinə görə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. O, tanımadığı bir nömrədən gələn zənglər və özünü DR. Sədaqət Vəliyevanın nişanlısı Cavid kimi təqdim edən şəxs tərəfindən təhdid olunduğunu bildirib.

Günel Ələkbərova məsələ ilə bağlı açıqlamasında bunları deyib:

"Heç vaxt ağlıma gəlməzdi ki, belə bir şey edim, amma buna məcburam. Polisə müraciət edib, yazılı şəkildə şikayətimi bildirmişəm. Təhdidlərə səbəb iki il əvvəl Sədaqət Vəliyevanın anamı uğursuz əməliyyat etməsidir. Hazırda anamın üzündə ciddi problemlər var. Onunla əlaqə saxlamaq üçün çalışırdıq, amma nömrələri dəyişdirilib. Mən susmayacağam və inanıram ki, bu məsələ ilə bağlı ciddi ölçü götürüləcək."


Ələkbərova həmçinin Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edərək, hüquqlarının qorunmasını və təhlükəsizliyinin təmin olunmasını xahiş edib. O, baş verənlərin Azərbaycan qanunvericiliyinə uyğun şəkildə həll ediləcəyinə ümid etdiyini vurğulayıb.



Youtube kanalımız