Tramp "TikTok"un bloklanmasını yenidən təxirə saləb

Tramp "TikTok"un bloklanmasını yenidən təxirə saləb
18 İyn 2025 20:45

ABŞ Prezidenti Donald Tramp "TikTok"un bloklanmasına dair qanunun icrasını 90 gün müddətinə yenidən təxirə salıb.

News365.az “Bloomberg"ə istinadla məlumatına görə, qərar platformanın ABŞ-dəki aktivlərinin yerli investorlara satılması üçün vaxt qazanmaq məqsədi daşıyır.

Ağ Evin sözçüsü Kerolin Livitt bildirib ki, bu möhlət amerikalı istifadəçilərin təhlükəsizliyini təmin edəcək razılaşmanın bağlanmasına şərait yaratmaq üçündür. Bu, Tramp administrasiyası dövründə verilən üçüncü möhlətdir.

Əvvəlki razılaşma "ByteDance"in "TikTok"un ABŞ aktivlərini yeni yaradılacaq şirkətə ötürməsini, səhmlərin 50%-nin ABŞ investorlarına verilməsini nəzərdə tuturdu. "Oracle" əsas investor kimi göstərilirdi. Lakin Çin tərəfi "TikTok"un alqoritmini kritik texnologiya saydığı üçün bu razılaşmaya qarşı çıxır.


Sizin reklam burada
Sizin reklam burada