Tramp Rusiya və Ukrayna üçün “yaxşı” sülh sülh vəd edib

Tramp Rusiya və Ukrayna üçün “yaxşı” sülh sülh vəd edib
10:48

Ukrayna məsələsində həm Moskva, həm də Kiyev üçün “yaxşı” sayılacaq sülh sazişi bağlamaq mümkündür. ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun The New York Post qəzetinə verdiyi məlumata görə, Amerika lideri bu fikri hələ sentyabr ayında bəyan edibmiş.

“Sentyabrda Tramp Ukrayna və Rusiyanı danışıqlara cəlb etmək reallıqlarını müzakirə edərək, sülh sazişinin vaxtının çatdığını və hər iki tərəf üçün "yaxşı" sayılacaq razılaşmanın əldə edilməsinin mümkün olduğunu qeyd edib”, -o vurğulayıb.

Eyni zamanda, Kelloq Ukrayna münaqişəsinin həlli üçün Rusiya və Ukraynanın kompromislərə getməli olacağını da bildirib.

Xüsusi nümayəndə vurğulayıb ki, bütün Tramp administrasiyası Ukrayna münaqişəsinin həlli üçün çalışır. Onun sözlərinə görə, Amerika lideri Ukraynada nizamlanma üzrə danışıqlar başlamazdan əvvəl ilk olaraq “qan tökülməsini dayandırmaq” istəyir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural


Sizin reklam burada
Sizin reklam burada