Britaniyada tanınmış aviaşirkətlərdən birinin təyyarəsi qu quşları ilə toqquşaraq təcili eniş edib. Bu barədə Daily Mail məlumat yayıb.
Qeyd edilib ki, Qatvik hava limanından Cape Verdeyə uçan Tui təyyarəsi iki qu quşu ilə toqquşaraq təcili eniş etmək məcburiyyətində qalıb. Hadisə təyyarə havaya qalxanda, təxminən 300 metr yüksəklikdə olarkən baş verib.
Mənbələrin məlumatına görə, toqquşma təxminən 300 km/saat sürətlə baş verib. Quşlar təyyarənin ön şüşəsini və elektron sistemlərini zədələyərək pilotları fövqəladə çağırışı siqnalı verməyə məcbur edib. Uğurlu enişdən sonra ekipaj texniki müşayiətçilərə də ehtiyac duyub. Çünki çatlar və qan izləri səbəbindən ön şüşədən görüntü almaq demək olar ki, mümkün deyilmiş.
"Pilotlar ən çətin şəraitdə heyrətamiz iş gördülər",- ekspertlər deyiblər.
Tural