Salyanda Elşad Tağıyevlə vida mərasimi keçirilir

Salyanda Elşad Tağıyevlə vida mərasimi keçirilir
13:04

İmişli rayonunda naməlum əsgərlərin məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Qubad oğlu Tağıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib.

News365.az xəbər verir ki, şəhidin nəşi Salyan rayonu Seyidsadıqlı kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Elşad Qubad oğlu Tağıyev 1971-ci ildə Salyan rayonunun Seyidsadıqlı kəndində anadan olub. O, 1993 cü il yanvarın 4-də Füzuli rayonunun Şükürbəyli kəndi istiqamətində itkin düşüb.

E.Tağıyev Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunacaq.



Sizin reklam burada
Sizin reklam burada