Məşhur muzdlu döyüşçü Beriya öldürüldü

Məşhur muzdlu döyüşçü Beriya öldürüldü
13:17

Ukrayna Silahlı Qüvvələrinin Gürcüstan legionunun (AFU) əsgəri Vano Nadiradze döyüş zamanı döyüşçü Mamuka Beriyanın həlak olması barədə məlumat verib. Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Təəssüf ki, dünən biz iki gürcü David Dvalişvili və Mamuka Beriyanı itirdik", - o deyib.

Sonuncu döyüşçü məşhur Sovet Dövlət Təhlükəsizlik Baş Komissarı Lavrentiy Beriya ilə eyni soyadlı olmasına görə daha çox tanınırdı. Onların ölümünün təfərrüatları məlum deyil. Muzdluların cəsədləri döyüş meydanından götürülüb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.



Tural

Sizin reklam burada
Sizin reklam burada