Yunanıstanın Santorini adasında fövqəladə vəziyyət...

Yunanıstanın Santorini adasında fövqəladə vəziyyət...
12:10

Yunanıstanın Santorini adasında fövqəladə vəziyyət elan edilib. 

News365.az xəbər verir ki, Yunanıstanın dövlət televiziyası ERT bu barədə Mülki Müdafiə Baş Katibliyinə istinadən xəbər yayıb.   

Son günlər Ege dənizində intensiv seysmik fəaliyyətdən təsirlənən Santorinidə martın 1-dək fövqəladə vəziyyət elan edilməsinə qərar verilib.   

Qeyd edək ki, Santori adası 10 gün ərzində 7700-dən çox kiçik zəlzələ ilə silkələnib. 

Mümkün güclü zəlzələdən qorunmaq üçün adaya əlavə əsgərlər, polis və yanğınsöndürənlər göndərilib.


Sizin reklam burada
Sizin reklam burada