Senator: "Kiyevə nüvə silahı vermək dünya müharibəsinə səbəb olacaq"

Senator: "Kiyevə nüvə silahı vermək dünya müharibəsinə səbəb olacaq"
11:21

Ukraynanın NATO-ya qəbulu və Kiyevin nüvə silahı ilə təmin edilməsi üçüncü dünya müharibəsinin başlaması üçün əsas olacaq. Bu barədə amerikalı senator Mayk Li X sosial şəbəkəsindəki səhifəsində məlumat yazıb.

O qeyd edib ki, bu cür təhlükəli addımlar dünyanı asanlıqla müharibəyə sürükləyə bilər. 

Bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski demişdi ki, ABŞ onun ölkəsini NATO-da görmək istəmirsə, təhlükəsizlik zəmanəti olaraq Kiyevə nüvə silahı verə bilər. O, ölkənin Şimali Atlantika Alyansına daxil olmasının onilliklər çəkə biləcəyindən şikayətlənib. Siyasətçinin sözlərinə görə, belə olan halda Ukraynanın özünü necə müdafiə edəcəyi sualı yaranır. Bununla bağlı Zelenski Kiyevi nüvə silahı ilə təmin etməyə çağırıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.




Tural


Sizin reklam burada
Sizin reklam burada