ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə görüşmək fikrindədir.
News365.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu analitik və keçmiş hərbçi Mark Sleboda açıqlayıb: "O, Putinlə görüşmək fikrindədir", -deyə qeyd edib.
Sleboda əlavə edib ki, Rusiya ilk növbədə Ukrayna məsələsini həll etməlidir.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Trampla Putinin mümkün görüşünü Ukrayna münaqişəsinin həlli üçün yeganə şans adlandırıb.