ABŞ Məxfi Xidməti Nyu-Cersi ştatının Bedminster şəhərində qolf oynayarkən prezident Donald Trampı qorumaq üçün ordunun "AN/TWQ-1 Avenger" qısamənzilli zenit-raket komplekslərini cəlb edib.
News365.az-ın "The War Zone" portalına istinadən məlumatına görə, arxa planda "Avenger" kompleksləri və tikanlı məftilli hasar görünən Trampın qolf meydançasındakı şəkilləri sosial şəbəkələrdə yayılıb. Prezident administrasiyasının nümayəndələri şəkillərin həqiqiliyini təsdiqləyiblər.
Şimali Amerikanın Birləşmiş Aerokosmik Müdafiə Komandanlığından (NORAD) bildiriblər ki, "Avenger", həqiqətən də, prezidentin qorunması üçün istifadə olunur. Onlar bu cür komplekslərin tətbiqinin təfərrüatlarını açıqlamayıblar.
Həmin gün Amerikanın "F-16" qırıcıları Bedminsterdəki qolf klubunun üzərində uçuş məhdudiyyətlərini pozan bir neçə təyyarəni ələ keçirib.
Nəşrin məlumatına görə, Tramp əvvəllər üç dəfə sui-qəsd hədəfi olub. İki cəhd 2024-cü ildə, daha biri isə 25 aprel 2026-cı ildə "Washington Hilton" mehmanxanasında Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı baş verib.