Tramp NATO ölkələrinin hesabına Ukraynaya hərbi yardım göndərilməsini təsdiqləyib

Tramp NATO ölkələrinin hesabına Ukraynaya hərbi yardım göndərilməsini təsdiqləyib
16 Sen 2025 22:45

ABŞ Prezidenti Donald Tramp administrasiyası Avropadakı NATO müttəfiqlərinin maliyyələşdirdiyi, ümumi dəyəri 500 milyon dollar olan iki hərbi yardım paketini təsdiqləyib.

News365.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, silahlar ABŞ-ın hərbi anbarlarından göndəriləcək.

Nəşr qeyd edir ki, hər iki yardım paketi yaxın vaxtlarda Kiyevə təhvil verilə bilər.


Sizin reklam burada
Sizin reklam burada