Tramp İran üçün ərəb ölkələrinə şərt qoydu

Tramp İran üçün ərəb ölkələrinə şərt qoydu
27 May 2026 23:19

Ərəb ölkələri İsrail ilə münasibətlərin normallaşdırılması ilə bağlı İbrahim Sazişlərinə qoşulmaqdan imtina edərsə, ABŞ İranla razılığa gələ bilməyəcək.

News365.az xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Ağ Evdə keçirilən iclasda deyib.

"Əgər onlar buna qoşulmasa, İranla razılaşma əldə edə biləcəyimizdən əmin deyiləm. Biz onları qoşulmağa çağırırıq. Bu, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və bütün qrup üçün əla olardı", - deyə Tramp əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada