"Tramp hakimiyyətə gəldikdən sonra bir çox baxış bucaqları və yanaşmalar tamamilə dəyişdi. Çünki Trampın bu günkü hökumət üçün əsas məqsədi – özü də bunu açıq şəkildə bildirib – Amerikan xalqının rifahıdır."
Milli Məclisin deputatı Aydın Hüseynov bu sözləri News365.az-a açıqlamasında deyib.
" Bəs bu Amerikan xalqının rifahı digər dövlətlərə xeyirdirmi? Avropaya faydası varmı? Trampın bu günkü tələbləri Avropanın tələblərini üstələyirmi? Əlbəttə ki, yox. Amma məsələ Ukrayna-Rusiya münasibətlərinə gəldikdə, bu, Avropanın tələblərini tamamilə üstələyir.
Siz dəfələrlə qeyd etmisiniz – Tramp deyir ki, biz Rusiya ilə razılığa gəlmişik. Bəs Rusiyanın tələbi nədir? Rusiyanın tələbi bu ərazilərin Rusiya əraziləri kimi tanınmasıdır. Əgər Krım Ukrayna daxilində Rusiya ərazisi kimi tanınarsa, gələcəkdə digər ərazilərin də Rusiya ərazisi kimi tanınması arzusu yaranacaq. Bu isə məntiqlidir. Və bu, ilk növbədə beynəlxalq hüquq normalarını aşır. Bu o deməkdir ki, dövlətlərin ərazi suverenliyi bu prinsiplərlə tamamilə pozulur.
Digər tərəfdən isə uyğun gəlməyən digər tələblər bunlardır: Krım Rusiya ərazisi kimi tanınır. Ukrayna NATO üzvü olmur. Ukrayna Avropa İttifaqına üzv olmur. Və Rusiyanın digər tələbləri də yerinə yetirilir."