Vətəndaş maaş və pensiyasını istədiyi bankdan ala biləcək

Vətəndaş maaş və pensiyasını istədiyi bankdan ala biləcək
24 Apr 2025 18:30

Mərkəzi Bank bank sektorunda təmərküzləşmənin qarşısını almaq məqsədilə ciddi addımlar atmağa qərarlıdır.


News365.az xəbər verir ki, bunu iqtisadçı Əkrəm Həsənov dünən Mərkəzi Bankın sədri ilə 9 iqtisadçı-ekspert arasında keçirilən ənənəvi görüşlə bağlı deyib.


“Artıq məmurların maaşlarının və pensiyaların yalnız iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq. Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaş və pensiyasını ala biləcək. Əslində, qanunla bu hüquq mövcuddur, lakin ona əməl olunmurdu. Bununla yanaşı, Mərkəzi Bank islam bankçılığı institutlarını da mərhələli şəkildə tətbiq etməyi planlaşdırır”, - ekspert bildirib.


Sizin reklam burada
Sizin reklam burada