Ərdoğan zəlzələyə görə küçədə gecələyənlərə baş çəkdi - VİDEO

Ərdoğan zəlzələyə görə küçədə gecələyənlərə baş çəkdi - VİDEO
16:02

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən zəlzələdən sonra küçədə gecələyən vətəndaşlarla görüşüb.

News365.az “TRT Haber”ə istinadən xəbər verir ki, sakinlərlə söhbət edən Ərdoğan daha sonra uşaqlarla birgə foto çəkdirib. 

Türkiyə liderini bu səfərdə hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömer Çelik, Kağıthane bələdiyyəsinin sədri Mevlut Öztekin və digərləri müşayiət edib. 

Xatırladaq ki, aprelin 23-də İstanbulda ard-arda zəlzələlər qeydə alınıb. Zəlzələdən sonra Ərdoğan İstanbula səfər edib və burada AFAD-ın Böhran mərkəzinə baş çəkib.


Sizin reklam burada
Sizin reklam burada