Gürcüstanda 6 narkotik alverçisi tutulub. Bunlar Belarus və Azərbaycan vətəndaşları, həmçinin ikisi əvvəllər məhkum olunmuş dörd gürcüdür.
News365.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Axtarış nəticəsində saxlanılan şəxslərdən xüsusilə külli miqdarda kokain, metadon, heroin, marixuana və pul götürülüb. Saxlanılan şəxsləri 15 ilə qədər həbs gözləyir.