Tramp aqressiyanın yeni mərhələsinə keçə bilər - “The New York Times”

Tramp aqressiyanın yeni mərhələsinə keçə bilər - “The New York Times”
28 May 2025 09:45

ABŞ prezidenti Rusiya prezidenti Vladimir Putinin tənqidi fonunda Rusiyaya qarşı aqressiyanın yeni mərhələsinə keçə bilər. Bu barədə Amerikanın “The New York Times” qəzeti yazıb.


Məqalədə qeyd olunub ki, Tramp çərşənbə axşamı Putini “odla oynamaqda” ittiham edib. Bunun fonunda o, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.

“Lakin Putinə qarşı 4 aylıq boş təhdidlərdən sonra Trampın son sərt şərhlərinin Rusiyaya qarşı aqressiyanın yeni mərhələsinin, yoxsa başqa bir sərt görüntünün əlaməti olduğunu aydınlaşdırmaq qalır”, - qəzet yazır.

“The Wall Street Journal” həmçinin yazmışdı ki, Tramp Rusiya və Ukrayna arasında danışıqlar prosesinə yardımdan “tamamilə imtina etmək” imkanını nəzərdən keçirir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada