Tovuzda ara qarışdı, rəhbər şəxs müdaxilə etdi

Tovuzda ara qarışdı, rəhbər şəxs müdaxilə etdi
19 Apr 2024 18:09

Premyer Liqanın 31-ci turunun "Turan Tovuz" - "Sumqayıt" oyununda gərgin anlar yaşanıb.

"Kimyaçılar"ın ikinci qolundan sonra qonaq rəsmilərin çılğın sevinci yerli publikanın xoşuna gəlməyib.

Tovuzlu tərəfdarlar rəsmilərə sərt təpki göstəriblər.

Yalnız "Turan"nın İdarə Heyətinin sədri Ehtiram Quliyevin müdaxiləsindən sonra ara sakitləşib.

O, əl jesti ilə fanatlara sakit olmağı xahiş edib.

Başverənlərdən sonra qonaq rəsmilərin yer aldığı tribunanın mühafizəsi gücləndirilib.


Youtube kanalımız

Oxşar xəbərlər