Azərbaycana yeni peyvənd gətirildi – VİDEO

Azərbaycana yeni peyvənd gətirildi –  VİDEO
02 May 2024 23:33

Azərbaycana uşaqların vaksinasiyası üçün yeni peyvənd gətirilib. Körpələri 6 xəstəlikdən qoruyan bu peyvənd heksavaksindir.

Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva deyib

Onun sözlərinə görə “heksavaksin” körpənin 2, 3 və 4 aylığında tətbiq olunmalıdır. Bu, tam vaksinasiya hesab olunur.

Heksavaksin 6 yaşa qədər uşaqlara tətbiq olunur. Hər hansı səbəbdən peyvənməyən 6 yaşdan yuxarı uşaqlar da tibb  müəssisələrinə müraciət edərək peyvəndlənə bilərlər.

O da  qeyd  olundu ki, peyvəndlənmə könüllüdür.

 Mövzu ilə bağlı daha ətraflı videomaterialda


Youtube kanalımız

Oxşar xəbərlər