63 yaşlı aktrisa jurnalın üz qabığı üçün yeni imiclə poz verib

63 yaşlı aktrisa jurnalın üz qabığı üçün yeni imiclə poz verib
02 May 2024 23:14

The Chronicles of Narnia” serialının ulduzu, aktrisa Tilda Svinton “Vogue” jurnalının yeni nömrəsinin siması olub.

Fotolar "İnstaqram"da paylaşılıb. 

Üz qabığında 63 yaşlı Tilda Svinton çəhrayı rəngli, boyunu fırfırlı paltarda poza verib. O, imicini də dəyişib - daha qısa bob düzəltdirib və saçlarını çəhrayı rəngə boyayıb. Ona yüngül makiyaj və əllərinə ağ boya da edilib.

Tilda Svinton britaniyalı aktrisa, dünyanın iki böyük kinofestivalının - Berlin və Venesiya mükafatı laureatı, "Maykl Kleyton" filmində "İkinci planda ən yaxşı aktrisa" nominasiyasında Oskar və BAFTA mükafatlarının laureatıdır. Tilda Swinton qədim Şotlandiya Svinton ailəsindəndir. Onun ailə tarixi min ildən çox əvvələ gedib çıxır. Tildanın sinif yoldaşları Britaniya aristokratiyasının qızları idi, o cümlədən gələcək Uels şahzadəsi Lady Diana Spenser.

Suinton şotlandiyalı rəssam və dramaturq Con Patrick Byrne ilə yaşayıb və onunla əkizlər - oğlu Xavier və qızı Honor dünyaya gəlib. 2004-cü ildən aktrisa Yeni Zelandiyalı sənətçi Sandro Kopp ilə sevgili.


Youtube kanalımız

Oxşar xəbərlər