“Liverpul” təqdimatı Məhəmməd Salahsız etdi

“Liverpul” təqdimatı Məhəmməd Salahsız etdi
02 May 2024 18:11

“Liverpul” klubu 2024/25 mövsümündə geyinəcəyi formanın təqdimatını edib.

Klubun rəsmi “Instagram” hesabında paylaşılan xəbər görə, yeni forma “əsla tək deyilsən” devizi ilə hazırlanıb.

Klub rəsmiləri Məhəmməd Salahın mövsüm sonunda komandadan getmə ehtimalını nəzərə alaraq forma təqdimatında yer almasını istəməyiblər.

Qeyd edək ki, “Liverpul” yeni formaların ən qısa müddətdə satışa çıxarılacağını bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər