Pasxa bayramı ilə əlaqədar 25 məhkumu əfv edilib

Pasxa bayramı ilə əlaqədar 25 məhkumu əfv edilib
02 May 2024 22:14

Gürcüstan Prezidenti Salome Zurabişvili Pasxa bayramı ilə əlaqədar 25 məhkumu əfv edib.

News365.az "Report"un yerli bürosuna istinadla xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, 4-ü qadın olmaqla 16 məhkum koloniyada cəza çəkməkdən tamamilə azad edilib, 1-i qadın olmaqla 8 məhkumun cəzası azaldılıb.

Amnistiya aktı şərti cəzanı çəkməkdən tamamilə azad edilmiş iki məhkuma da şamil olunub.


Youtube kanalımız

Oxşar xəbərlər