Bu ölkədə sahibsiz itlərlə bağlı ölüm qərarı VERİLDİ

Bu ölkədə sahibsiz itlərlə bağlı ölüm qərarı VERİLDİ
02 May 2024 18:23

Türkiyənin Kocaeli bələdiyyəsi sahibsiz və xəstə itlərlə bağlı qərar verib.

 Kocaeli valiliyi bununla bağlı sənəd yayımlayıb. Sözügedən sənəddə sağalması çətin, çevrəyə zərər verən itlərin ən tez və ən ağrısız şəkildə ölümünü gerçəkləşdirən yöntəmlər əksini tapıb.

Kocaeli valiliyinin təyin etdiyi tənzimləmənin 7-ci maddəsində aşağıdakı ifadələr yer alıb:

“Heyvan saxlanılan yerlərdə yoluxucu, sağalmaz və ya müalicədən sonra sağalma imkanı olmayan və xəstəliyə tutulmuş hesab edilən, (qanuni istisnalar olmaqla) insan və ətraf mühitin sağlamlığını təhdid edən heyvanlarla bağlı tədbir görülsün".

Valiliyinin sahibsiz itlərlə bağlı bələdiyyələrə göndərdiyi təlimat qısa zamanda sosial mediada gündəm olub.


Youtube kanalımız

Oxşar xəbərlər