İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var - VİDEO

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var -  VİDEO
02 May 2024 20:32

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib.

Məlumata görə, partlayış və ardınca baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə yerinə polis, Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə edilməsi Agentliyinin (AFAD) üzvləri, yanğınsöndürmə və təcili yardım briqadası cəlb olunub.

Yanğın zamanı xəsarət alan işçi xəstəxanaya çatdırılıb.


Youtube kanalımız

Oxşar xəbərlər