The New York Times: İsfahandakı hərbi baza həqiqətən vurulub

The New York Times:  İsfahandakı hərbi baza həqiqətən vurulub
19 Apr 2024 12:01

İsrailin İrana hücumu nəticəsində cümə günü səhər İsfahan şəhəri yaxınlığındakı hərbi baza da vurulub. News365.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Nəşr adı açıqlanmayan üç İran rəsmisinə istinadən edib.

Rəsmilərin məlumatına görə, zərbə İran ərazisindən buraxıldığı ehtimal edilən pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. Nəticədə onlar hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında aşkar edilməyib. Mənbələr qeyd ediblər ki, İran silahlı qüvvələri İsfahandan təxminən 800 km aralıda yerləşən Təbriz şəhəri ərazisində bir neçə kiçik pilotsuz uçan aparatı məhv etməyə müvəffəq olub.

İki İsrail rəsmisi isə qəzetə hücumun arxasında İsrail hərbçilərinin olduğunu təsdiqləyib.

Xatırladaq ki, aprelin 19-da İranın hərbi obyektləri və hava limanlarına hücumlar olması barədə məlumatlar yayılıb. Raket hücumlarının İsrail tərəfindən reallaşdırıldığı iddia edilir. "Fars" agentliyinin məlumatına görə, partlayışlar İranın İsfahan əyalətinin Kehcəvaristan şəhərində, İsfahan hava limanı və ordunun 8-ci Hərbi Hava Qüvvələri bazası yaxınlığında baş verib.

Tasnim agentliyi isə İsfahanda yerləşən nüvə obyektlərinə ziyan dəymədiyini yazıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər