Rusiya Qəhrəmanı adı alan onuncu dağıstanlı oldu

Rusiya Qəhrəmanı adı alan onuncu dağıstanlı oldu
02 May 2024 15:15

Rusiyanın 18-ci ordu komananının keçmiş müavini, polkovnik Maqomedali Maqomedjanov ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görülüb. News365.az xəbər verir ki, bu barədə Dağıstanın rəhbəri Sergey Melikov sosial şəbəkələrdə məlumat yayıb.

Qeyd edilir ki, bu, Şimal Hərbi Dairəsinin yarandığı gündən Rusiya Qəhrəmanı adını qazanan onuncu dağıstanlıdır. Dağıstan rəhbərinin  sözlərinə görə, yüksək rütbəli zabit ölümü ilə “bir çox gəncin həyatını xilas edib”.

Məlumata görə, Maqomedali Maqomedjanov Ryazan Ali Hava Desant Məktəbini bitirib, Dəniz Piyadaları Korpusunda xidmət edib və Suriya ilə Qafqazda döyüş tapşırıqlarını yerinə yetirib.

O, Ukrayna müharibəsinin başlandığı gündən cəbhədə döyüşüb.  2024-cü ilin fevralında isə ağır  yaralandığı üçün hospitala yerləşdirilib. Zabit xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural 


Youtube kanalımız

Oxşar xəbərlər