Nazarbayevin qohumunun işi məhkəməyə göndərildi - FOTO

Nazarbayevin qohumunun işi məhkəməyə göndərildi - FOTO
02 May 2024 14:36

Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulinin keçmiş həyat yoldaşının işi məhkəməyə göndərilib.

News365.az xəbər verir ki, bu barədə Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məlumat yayıb.

İdarədən verilən məlumata görə, Gülmira Satıbalda və digər şəxslərin sahibkarı qanunsuz həbsdə saxlama, xüsusilə külli miqdarda hədə-qorxu ilə tələb etmə və ağır nəticələrə səbəb olan özbaşınalıqda şübhəli bilinməsi ilə bağlı istintaq başa çatıb. İş məhkəməyə göndərilib.

Bildirilir ki, proses iştirakçıları cinayət işinin materialları ilə tanış olublar. Nəticədə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

İşə Almatı şəhərinin cinayət işləri üzrə ixtisaslaşdırılmış rayonlararası məhkəməsində baxılacaq.


Youtube kanalımız

Oxşar xəbərlər