Kolumbiyada narkotik kartelləri prezident Qustavo Petronun təyyarəsini vuraraq onu öldürmək istəyirlər.
News365.az xəbər verir ki, bu barədə Petro yeni polis rəisi Karlos Triananın andiçmə mərasimində bildirib.
"General Triana, siz buna son qoymalısınız. Bilirəm ki, qorxuludur. Mənim təyyarəmi narkotik alverçilərinin aldığı raketlə vurmağa çalışırlar. Onların bir yox, iki raketi var və biz onların kim olduğunu bilirik" , - deyə Petro açıqlayıb.
Prezidentin sözlərinə görə, narkotik kartelləri onu öldürmək istəyir, çünki ölkə hökuməti dünyanın ən böyük mafiya qruplarını təqib edir.