Hava nəqliyyatında tütün çəkməyə görə cərimə 5 dəfə artırılıb.
News365.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Cinayət Məcəlləsinə edilən dəyişikliklərin tətbiqi ilə bağlı fərmanda öz əksini tapıb.
Qanuna əsasən, hava nəqliyyatında tütün çəkməyə görə cərimə yüz manatdan beş yüz manata qaldırılıb.