Qırmızı dənizdə Səudiyyə Ərəbistanının xam neftini daşıyan tankerlər husilərin mümkün hücumlarından yayınmaq üçün təyinat məntəqələrini saxtalaşdırmağa başlayıb.
News365.az xəbər verir ki, bəzi tankerlər Misir və Süveyş kanalı istiqamətində hərəkət etdiklərini göstərir, digərləri isə real marşrutlarını gizlətmək üçün transponderlərini söndürür.
Bu addımların husilərin gəmiləri müəyyən edərək hücum etməsinin qarşısını almaq məqsədi daşıdığı bildirilir.