Tərk edilmiş evdən 17 meyit tapıldı

Tərk edilmiş evdən 17 meyit tapıldı
28 May 2025 12:40

Meksikanın Quanaxuato ştatında tərk edilmiş evdə 17 nəfərin meyiti tapılıb. Bu barədə CBS News ştat prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, dəhşətli hadisəyə dair faktlar  İrapuato şəhərində, axtarışa xidməti itlərin cəlb olunduğu yerdə aşkar edilib. Tərk edilmiş binada meyitlərdən başqa kürəklər də tapılıb. Beş qurban - dörd kişi və bir qadın itkin düşənlər siyahısına salınıbmış.

Müstəntiqlər zorakı cinayətin Santa Rosa de Lima bandası ilə ABŞ tərəfindən xarici terror təşkilatı kimi tanınan Jalisco Yeni Nəsil Karteli arasında münaqişə ilə əlaqəli olmasını ehtimal edirlər. Meyitlər əyalətdəki dəstələrin apardığı "müharibələr"in qurbanı ola bilər.

Xatırladaq ki, bu ay cinayətkarlar daha bir oxşar vəhşilik, kütləvi qətl törətmişdi. Onlar aralarında uşaq da olmaqla 7 nəfəri güllələmişdilər. Qırğının baş verdiyi yerdə polis cinayətkar qruplaşma üzvlərinin buraxdığı mesajları aşkar edib.

Tural


Sizin reklam burada
Sizin reklam burada