Tənha qadınlarda erkən ölüm riski çox olur - Araşdırma

Tənha qadınlarda erkən ölüm riski çox olur - Araşdırma
08 Apr 2025 13:55

Sidney Universitetinin alimləri maraqlı araşdırma aparıblar. Elm adamları uzun müddət tənhalıq hiss etdiyini bildirən qadınlarda erkən ölüm riskinin 15% artdığını müəyyən ediblər. Araşdırmanın nəticələri BMJ Medicine jurnalında dərc olunub.


Araşdırmada 48-55 yaş arası 57 min qadın iştirak edib. İlk mərhələdə elm adamları subyektlərin psixi sağlamlığı və sosial həyatı ilə bağlı məlumatlar toplayıb, sonra isə müşahidələrə başlayıblar. 15 il ərzində tədqiqatçılar könüllülər arasında baş vermiş bütün ölümləri qeydə alıblar.

Əlavə təhlillər göstərib ki, 15 il ərzində heç vaxt tənhalıqdan, tək yaşamaqdan şikayət etməyən qadınların ölüm riski 5% təşkil edir. Bununla belə, müntəzəm olaraq özünü tənha hiss edən iştirakçılar üçün həyatlarını vaxtından əvvəl bitirmə ehtimalı 3 dəfə artaraq 15%-ə çatıb.

Tədqiqat həmçinin tənhalıq hisslərinin müddəti ilə ölüm riski arasında əlaqə tapıb. Alimlər müəyyən ediblər ki, qadınlar özlərini nə qədər tənha hiss edirlərsə, ömürlərinin qısalması ehtimalı da bir o qədər yüksək olur.



Tural


Sizin reklam burada
Sizin reklam burada