“Büdcədən maliyyələşməyən yerli kanallarımızın şou xarakterli
verilişlərə geniş yer ayırmasında reklam bazarının şərtləri və yerli izləyici
kütləsinin maraq dairəsi çox vaxt əsas gətirilir. Təbii ki, bu fikiri birmənalı
qəbul etmədən, insanların diqqətini cəlb etmək və reytinq toplamaq üçün digər
alternativlərin olduğunu hər zaman bildirmişik”.
Bunu News365.az –a söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, yenicə ARB24 kanalında rast gəldiyim
bir veriliş bunu bir daha təsdiq etdi:
““İş
sizlikdir” adlı bu veriliş iş axtaranların və işçi axtaranların tam maraqlarına
hədəflənmiş layihə hesab edilə bilər. Burada ölkənin bütün şəhər və
rayonlarında dövlət və özəl şirkətlərin vakansiyalarını təqdim edilə bilər ki,
bu bir tərəfdən iş axtaranlar üçün faydalı olar, həm də peşəkar kadr axtaran işəgötürənlər
üçün seçim imkanını artırmış olar. Hesab edirəm
ki, ciddi təhlilər aparmaqla, bu verilişdə insanların yalnız tamaşaçı kimi
deyil, benefisiar kimi faydalana biləcəyi formata nə qədər üstünlük verilərsə
bu verilişin daha çox reytinq toplaya və ən əsası insanlar və iqtisadiyyat üçün
önəmi artar.
Deməli,
bütün kütlənin maraqlarına xidmət edə bilən, həm də səviyyə baxımından qınaq
obyekti olmayan verilişlər hazırlamaq mümkündür. Sadəcə bunun üçün ucuz reytinq
ardınca qaçmaq yox, bir az düşünmək, biz az da zəhmət çəkmək lazımdır”.
News365.az