Teleqram istifadəçiləri profillərində musiqi paylaşa biləcəklər.
News365.az xəbər verir ki, teleqram yenilənməsi ilə istifadəyə verilən yeni funksiya sayəsində istifadəçilər hər hansı bir mahnını seçərək onu profilindəki xüsusi paneldə yerləşdirə bilərlər. Bir neçə mahnı əlavə edildikdə, sistem avtomatik olaraq pleylist yaradır.
Həmçinin Android istifadəçiləri üçün profil dizaynı da yenilənib.
Yenlik istifadəçilərə zövqlərini daha yaxşı ifadə etməyə, profillərini fərdiləşdirməyə və tətbiqdən daha rahat istifadə etməyə imkan verir.