Tələbəni xəncərlə yaralayan gənc tutuldu

Tələbəni xəncərlə yaralayan gənc tutuldu
19 Sen 2024 10:43

Bakıda tələbəyə xəncərlə xəsarət yetirən şəxs tutulub.

DİN-in Mətbuat xidmətindən News365.az-a bildirilib ki, sentyabrın 17-si axşam saatlarında paytaxtın Xətai rayonunda 2005-ci təvəllüdlü Elmir Nəsirova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tofiq Əzizov polisin keçirdiyi tədbirlərlə saxlanılıb. Araşdırma aparılır.

Qeyd edək ki, hadisə 5 nömrəli Peşə Liseyinin yataqxanasında baş verib. Hər iki şəxs liseyin tələbəsidir.


Sizin reklam burada
Sizin reklam burada