Bu yol yararsız hala düşdü

Bu yol yararsız hala düşdü
17:55

Şəmkir rayonunda kənd yollarının bərbad vəziyyətdə olması sakinlərin gündəlik gediş-gəlişini çətinləşdirib.

Məlumata görə, "Kraz yolu" adlanan ərazidə yol örtüyünün yararsız olması səbəbindən nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaranır.

News365.az xəbər verir ki, sakinlər bildirirlər ki, bu vəziyyət Gədəbəy və ətraf kəndlərə gedişi də çətinləşdirir, eyni zamanda avtomobillərin tez sıradan çıxmasına səbəb olur.

Şəmkir Rayon İcra Hakimiyyətindən verilən açıqlamada isə qeyd olunub ki, sözügedən yol alternativ yük daşımaları üçün nəzərdə tutulub və Səməd Vurğun küçəsinə paralel yerləşir. Bildirilib ki, yolun müəyyən hissələrində cari təmir işlərinin aparılması gələcək planlara daxildir. 


Sizin reklam burada
Sizin reklam burada