ABŞ-nin İranla bağlı siyasəti növbəti dəfə sərt tənqid edilib. İranın BMT-dəki daimi nümayəndəliyinin yaydığı açıqlamada Vaşinqtonun atdığı addımların Tehranın daxili işlərinə müdaxilə xarakteri daşıdığı və mümkün hərbi müdaxilə üçün zəmin yaratmağa hesablandığı bildirilib.
News365.az-ın məlumatına görə, İran tərəfi ABŞ-nin bu cəhdlərinin nəticəsiz qalacağını vurğulayıb. Açıqlamada qeyd olunub ki, Vaşinqtonun İrana qarşı strategiyası rejim dəyişikliyi məqsədi güdür və bu çərçivədə sanksiyalar, təzyiqlər, təhdidlər, eləcə də iğtişaş və qeyri-sabitlik yaratmaq cəhdlərindən istifadə olunur.
İranın BMT-dəki missiyası əlavə edib ki, bu yanaşma yeni deyil və oxşar ssenarilər keçmişdə də dəfələrlə sınaqdan keçirilsə də, heç bir nəticə verməyib. Tehran hesab edir ki, ABŞ-nin bu siyasəti gələcəkdə də uğursuzluğa məhkumdur.
News365.az