“ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və onun rəhbəri
Samantha Power son bir il ərzində dəfələrlə Ermənistana səfər edib. Bu gün daha
çox qlobal imperializmin rəngli inqilab ssenarilərinin müəllifi kimi tanınan USAİD
Fondunun Ermənistana etdiyi maliyyə yardımını iki dəfə artırması təhlükəli
planların xəbərçisidir.”
Bu sözləri News365.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
“Qərb İmperializmi birbaşa Ermənistan əraziləri üzərindən
Cənubi Qafqazda yenidən çaxnaşma yaratmağa çalışır. USAİD-in bundan əvvəlki fəaliyyətini,
maliyyələşdirmə mexanizmlərinin məqsədlərini nəzərə aldıqda bu təhlükəli
tendensiyanın və planın gedişini daha aydın görmək olur.
Bu gün Ermənistan, USAİD üçün hansısa bir əhəmiyyətə malik ölkə deyil və eyni zamanda ABŞ Ermənistanın hansısa təbii sərvətlərinə göz dikmiş bir vəziyyətdə görünmür. Burada söhbət Ermənistanı özünün plasdarmına çevirmək cəhdlərindən gedir.”
Müsahibimizin sözlərinə görə, yardım məbləğinin iki dəfədən
çox artırılması təhlükəli tendensiyalardan xəbər verir.
“Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası
adı altındakı casus şəbəkəsinin fəaliyyətiylə paralel tandemdə USAİD-in Ermənistana
etdiyi maliyyə yardımının həcmini iki dəfədən çox artırması bu təhlükəli
tendensiyaları və planları növbəti dəfə ortaya qoymuş olur.”
Baş verən bu proseslərin Ermənistan və Rusiya arasındaki
münasibətlərə zərər verməsi isə gözləniləndir.
“Bu gün aydın şəkildə görünür ki, Ermənistanla Rusiya
arasındaki çartları daha da gərginləşdirmək, eyni zamanda bölgə ilə bağlı Ermənistanın
vasitəsi ilə provokasiyalar etmək üçün USAİD və ona bənzər fondlar Ermenistandaki
sorosçu hakimiyyət şirinikləşdirilməyə çalışılır. Bu plan Nikol Paşinyan
hakimiyyətə gəlməmişdən öncə Sorosla Ermənistandaki istimai siyasi mühitin dırnaqarası
inteqrasiyası prosesində baş verən bir hadisə idi. Bu gün USAİD-in Ermənistana maliyyə
yardımını artırması heç şüphəsiz ki, Ermənistanın Rusiya ilə münasibətlərində
problemlər yaradacaq və Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətlərinin
gələcəyi baxımından da, Ermənistanın bu tip maliyyə yardımlarıyla
qızışdırılmasını hesab edirəm ki, təhlükəli tendensiyalar olacaq.” – deyə
açıqlamasında bildirib.