İsrail atəşkəsə dair yeni təkliflər planı təqdim edib

İsrail atəşkəsə dair yeni təkliflər planı təqdim edib
19 Sen 2024 17:01

İsrail HƏMAS-la atəşkəsə dair ABŞ rəhbərliyinə yeni təkliflər planı təqdim edib.

News365.az xəbər verir ki, “Kan” şirkətinin saytı sentyabrın 19-da həmin şərtləri ixtisarla yayıb.

Məlumata görə, planın əsas maddələri bunlardır:

- sağ qalan girovlar və ölənlərin meyitləri qaytarılsın (bu bənd yüzdən çox sağ və meyitə aiddir);

- HƏMAS Siyasi bürosunun baş katibi Yəhya Sinvarın və onunla birlikdə olanların Qəzza zolağından təhlükəsiz çıxmasına təminat;

- Fələstinli məhbusların sərbəst buraxılması (sərbəst buraxılacaq məhbusların sayı və kimliyi barədə məlumat yayılmayıb);

- Qəzza zolağının demilitarizasiyası və regiona yeni nəzarət mexanizminin qurulması;

- Müharibənin başa çatması.

HƏMAS hələ ki, bu informasiyanı şərh etməyib. Bir müddət əvvəl İsrailin irəli sürdüyü istənilən təkliflər HƏMAS tərəfindən etirazla qarşılanıb.


Youtube kanalımız

Oxşar xəbərlər