"Ərazimizdə yuva qurmuş terror təşkilatı Azərbaycandan qovuldu"- AÇIQLAMA

"Ərazimizdə yuva qurmuş terror təşkilatı Azərbaycandan qovuldu"- AÇIQLAMA
19 Sen 2024 11:17

"Azərbaycan ordusu və xüsusi xidmət orqanlarının Qarabağ ərazisində keçirdiyi antiterror əməliyyatından artıq bir il ötür. Antiterror əməliyyatı zamanı şəhid olan qardaşlarımıza allah rəhmət eləsin. Qazilərimizə tezliklə dinc həyata qayıtmağı arzulayırıq. "

Milli Məclisin deputatı Arzu Nağıyev bunu News365.az-a açıqlamasında deyib.

"Antiterror əməliyyatının keçirilməsi nəticəsində Azərbaycan tam şəkildə öz ərazi bütövlüyünü bərpa etdi. Ərazimizdə yuva qurmuş terror təşkilatını birdəfəlik Azərbaycandan qovdu. Əsas məqam bundan ibarətdir ki, keçirilən antiterror əməliyyatları əsasən bir terror təşkilatına qarşı və yaxud bir neçə şəxsin törədilə biləcək terrorun qarşısını almaq məqsədilə keçirilir. Lakin Azərbaycanın keçirdiyi son antiterror əməliyyatında yaxşı hazırlanmış, müxtəlif terror düşərgələrində təlim keçmiş bir terror dəstəsinə, separatçı qüvvələrə hansı ki, dövlət qurmaq arzusu ilə daim yaşayırdılar onlara qarşı bir antiterror əməliyyatı keçirilirdi.

Bütün müharibə qanunlarına uyğun olaraq sivil şəkildə etik bir əməliyyatın şahidi olduq. Dinc əhali üçün ayrılmış dəhlizlər, kim istəyirdisə ərazini tərk etsin, təbii ki, terrorçularla əlaqəsi olanlara bu şamil edilmirdi. Birmənalı şəkildə terrorçuları məhv edərək onların silah-sursatları ələ keçirildi. Miqyasına gələndə bir il keçməsinə baxmayaraq bu gün də həmin o silah-sursatların yığılması, anbarların aşkarlanması istiqamətində atılan addımlar nəticəsində onların necə təşkilatlandığının şahidi oluruq.

Son nəticə kimi 30 ildən artıq Azərbaycan xalqına qarşı törətdiyi əməllərə görə bu separatçı qüvvələrin rəhbərlərin həbs edilməsi və Bakıya gətirilməsi də bir kuluminasiya nöktəsidir. Bu gün onların istintaqı aparılır. Əsas məsələ odur ki, bu antiterror əməliyyatı nəticəsində hər hansı bir beynəlxalq hüquq normaları pozulmadı. Ali Baş Komandanın da dəfələrlə qeyd etdiyi kimi Birləşmiş Millətlər Təşkilatının vaxtilə qəbul etdiyi dörd qətnamə heç bir vəchlə yerinə yetirilmirdi. Bunu Azərbaycan xalqı, Azərbaycan ordusu yerinə yetirdi. Düşünürəm ki, bu antiterror əməliyyatının taktikası, aparılma qaydası haqqında təşkilatlarda öz nəticələrini çıxartdı. Hər hansı bir irad tutmaqdan vaz keçdilər.  Çox mühim məsələ idi və biz dünyaya göstərdik ki, heç bir ölkənin ərazi bütövlüyünə təhdid, kiminsə torpağını əlindən almaq fikirimiz yoxdur. Biz öz ərazi bütövlüyümüzü bərpa etdik, öz suverenliyimizi bərpa etdik."- deyə deputat fikirlərini bildirib. 


Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər