Ermənistan təxribatlarının ƏSAS SƏBƏBİ...ABŞ SİLAHLANDIRIR - AÇIQLAMA

Ermənistan təxribatlarının ƏSAS SƏBƏBİ...ABŞ SİLAHLANDIRIR - AÇIQLAMA
12 Sen 2024 11:07

Xəbər verdiyimiz kimi, Ermənistan 12 Sentyabr saat 00:15-dən 01:05-dək Ordumuzun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Son zamanlarda bu kimi təxribatların sayının artması hərkəsin ağlında müəyyən suallar yaradır. Bu barədə hərbi ekspert Ədalət Verdiyev News365.az-a danışıb:


“Ermənistan tərəfi Azərbaycan mövqelərini son aylarda intensiv bir şəkildə atəşə tutur. Bu təxribatların törədilməsinə əsas səbəb Ermənistanın ABŞ, Fransa və Hindistan tərəfindən silahlandırılmasıdır.

Ermənistanın həm Naxçıvan, həm Şərqi Zəngəzur istiqamətində yerləşən bölmələrimizi dəfələrlə atəşə tutması, əslində onun növbəti eskalasiya yaratmaq niyyətindən xəbər verir. Hesab edirəm ki, Azərbaycan tərəfi olaraq Ermənistanın bu təxribatlarına qarşı təmkinli davranışımız əks tərəfi daha da cəsarətləndirir. Bir nəfər Azərbaycan əsgərinin yaralanması Ermənistan üçün çox ağrılı və acılı nəticələrə gətirib çıxara bilər.”

Müsahibimizin sözlərinə görə, Ermənistan tərəfi öz öhdəliklərini təsdiq edənə qədər Azərbaycan cəzalandırma prosesini davam etdirməlidir.

“Azərbaycan Ermənistanın döyüş potensialını bərpa etmək niyyətinin qarşısını almaq üçün təxribatlara düşmənin anlayacağı bir dildə cavab verməlidir. Cavab zərbəsi paralel olaraq Ermənistanın bəyanatlar üzrə öhdəliyini yerinə yetirməsi ilə nəticələnməlidir.

Ermənistanın cəzalandırılması epizodik xarakter daşımalı deyil, o sülhə məcbur edilməlidir. Qarşı tərəf üzərinə götürdüyü öhdəlikləri təsdiq edənə qədər onu cəzalandırma prosesini davam etdirməliyik.” - deyə açıqlamasında bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər