Kərim Vəliyev italiyalı admiralla görüşdü- YENİLƏNİB

Kərim Vəliyev italiyalı admiralla görüşdü- YENİLƏNİB
19 Sen 2024 16:53

İtaliya Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Venesiya meydanında ucaldılmış Naməlum əsgərin abidəsini ziyarət edib, önünə əklil qoyub, xatirəsini yad edib.

Müdafiə Nazirliyindən News365.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Respublikası Silahlı Qüvvələrinin hazırda fəaliyyətdə olan Baş Qərargah rəisi admiral Cuzeppe Kavo Draqone ilə görüşüb.

Baş Qərargahda keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovulun önündən keçiddən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad Aslanovun da iştirak etdiyi görüşdə İtaliya Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin strukturu, fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub.

Təkbətək və geniş tərkibli görüşlərdə, həmçinin Azərbaycan ilə İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

General-polkovnik K.Vəliyev admiral C.K.Draqoneni NATO-nun Hərbi Komitəsinin rəhbəri təyin olunması ilə əlaqədar təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

***

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliya Respublikasına rəsmi səfəri başlayıb.

Bu barədə News365.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın hərbi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək və müdafiə sənayesi şirkətini ziyarət edəcək.


Youtube kanalımız

Oxşar xəbərlər