31.08.2025-ci il tarixində saat 17:00 radələrində Tovuz rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (3-ü kişi, 1-i qadın cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Verilən məlumata görə, müştərək travma, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin açıq yaraları diaqnozları təyin olunan şəxslərə zəruri ilkin tibbi xidmət göstərilib.
Qeyd olunub ki, vəziyyətləri orta ağır qiymətləndirilən şəxslər Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə olunub.