Xəzər Universitetindən təcili yardım çağırışı

Xəzər Universitetindən təcili yardım çağırışı
29 May 2025 13:43

29.05.2025-ci il tarixində saat 11:30 radələrində Nizami rayonu, Xəzər Universitetindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub. 

Ünvana təcili tibbi yardım briqadası cəlb edilib.

Təcili tibbi yardım briqadası tərəfindən 2005-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yerində ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.   

Bel nahiyəsinin deşilmiş yarası, sol bazunun kəsilmiş yarası diaqnozuları təyin edilən şəxsə zəruri tibbi yardımlar göstərilib və Əməliyyat blokuna alınıb. Hazırda pasiyent üzərində cərrahi əməliyyat aparılır, vəziyyəti ağır qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada