Evdə 100-dən çox ölü pişik tapıldı

Evdə 100-dən çox ölü pişik tapıldı
04 İyn 2025 16:05

Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto şəhərində heyvanların qorunması ilə məşğul olan bir qadının evində 100-dən çox ölü pişik aşkarlanıb.   

News365.az xarici mediaya istinadən xəbər verir ki, "Animal Assist Senju" adlı heyvansevərlərin təşkilatına üzv olan qadına bir cütlük tərəfindən əmanət edilən pişiyin öldüyü məlum olub. Hadisədən narazı qalan cütlük məsələ ilə bağlı təşkilata müraciət edib. 

Şikayətdən sonra təşkilatın üzvləri polis müşayiəti ilə həmin qadının evinə baxış keçiriblər. Evə daxil olan qrupun verdiyi məlumata əsasən, mənzildə zibillə yanaşı sidik və nəcis qoxusu içərisində 100-dən çox ölü pişik tapılıb.  Ev sahibi baş verənlərlə bağlı heç nə bilmədiyini deyib.   

Təşkilat hadisədən xəbərsiz olduqlarını bildirərək sosial media hesablarında üzr istəyiblər.


Sizin reklam burada
Sizin reklam burada